İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan Kiyevə sərt xəbərdarlıq: "Bizim maraqlarımıza toxunmayın"

Ukrayna ilə ən yaxın müttəfiqi olan ABŞ arasında iqtisadi maraqlar zəminində ciddi diplomatik gərginlik yaşandığı üzə çıxıb.

Musavat.com
xəbər verir ki, Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina Dövlət Departamentinin Kiyevə göndərdiyi kəskin xəbərdarlıq barədə sensasion detalları açıqlayıb.

Səfir Stefanişinanın jurnalistlərə verdiyi məlumata görə, keçən il oktyabrın 14-də Ukrayna ordusunun Rusiyanın Novorossiysk limanına endirdiyi zərbədən sonra ABŞ Dövlət Departamenti ona rəsmi "demarş" (etiraz notası) təqdim edib. Səfir bildirib ki, Vaşinqtonun bu sərt reaksiyası Ukraynanın hərbi uğuru ilə deyil, birbaşa ABŞ-ın iqtisadi maraqlarının zədələnməsi ilə bağlı olub.

"Sky News" agentliyinin yaydığı məlumata görə, Novorossiysk limanına edilən hücum bu bölgədən keçən ABŞ və Qazaxıstanın birgə iqtisadi layihələrinə, xüsusilə neft ixracına təhlükə yaradıb.
"Dövlət Departamentindən eşitdik ki, biz Amerika maraqlarına qarşı olan hücumlardan çəkinməliyik. Bu müraciət Rusiyanın hərbi və ya enerji infrastrukturuna hücumları dayandırmaq çağırışı deyildi. Söhbət məhz orada ABŞ-ın iqtisadi maraqlarının zədələnməsi faktından gedirdi", - deyə Stefanişina vurğulayıb.

Analitiklərin fikrincə, bu hadisə Ağ Evin Ukrayna siyasətindəki incə balansı göstərir. Vaşinqton Kiyevin Rusiyaya qarşı hərbi əməliyyatlarını dəstəkləsə də, özünün və tərəfdaşlarının qlobal enerji bazarındakı mənfəətinə zərər dəydikdə dərhal müdaxilə edir. Novorossiysk limanı Qazaxıstan neftinin dünya bazarına çıxarılması üçün strateji hab hesab olunur və burada Amerika şirkətlərinin (Chevron, ExxonMobil) böyük payı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR