Onlayn ictimai-siyasi qəzet
ABŞ və İran arasında planlaşdırılan danışıqlar beynəlxalq gündəmin ən kritik mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, cümə axşamı keçiriləcək görüş mümkün hərbi əmrdən öncə kompromisə nail olmaq üçün son cəhd kimi qiymətləndirilir. Mənbələr bildirir ki, Ağ Ev daxilində aparılan müzakirələrdə prezident Trampın İrana qarşı genişmiqyaslı hücum əmri variantı da masadadır.
İddialara görə, tərəflər müharibənin qarşısını ala biləcək bir təklif üzərində müzakirə aparacaqlar. Söhbət İrana mülki məqsədlər üçün məhdud və beynəlxalq nəzarət altında uran zənginləşdirmə proqramına icazə verilməsindən gedir. Bu model həm Tehranın müəyyən nüvə fəaliyyətini saxlamasına, həm də Vaşinqtonun təhlükəsizlik narahatlıqlarının azaldılmasına yönəlib.
Lakin razılaşma əldə olunmasa, regionda vəziyyətin sürətlə eskalasiya edə biləcəyi istisna edilmir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ