İnsanlara hürriyət, millətlərə istiqlal!

"Valideynlər, həyəcan təbili çalınır"

Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb.

Snətçi bu barədə "Əsas çözüm" adlı yutub layihəsində qonaq olarkən fikirlərini bölüşüb. S.Əliyeva valideynlərin övladlarına daha çox diqqət ayırmalı olduğunu vurğulayıb:

"Əziz valideynlər, artıq həyəcan təbili çalınır. Biz ayıq olmalıyıq. Durmadan inkişaf gedir. Övladlarımızla aramıza sosial şəbəkələr və elektron qurğular girir. Bunu həm valideyn, həm də müəllimə kimi müşahidə edirəm. Buna nəzarət etməliyik. Bəzən övlada diqqət ayırmağı yalnız başını sığallamaq kimi başa düşürük. Deyirlər ki, yeməyini, suyunu verirəm. Amma biz sadəcə canlı saxlamırıq, övlad yetişdiririk".

Qeyd edək ki, aşığın 2 övladı var./Axşam.az /

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2026

29 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR