İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkilərə 3 həftə qalmış Netanyahunu vuran "7 oktyabr" ŞOKU

İsraildə keçiriləcək parlamenti seçkilərinə cəmi üç həftə qalmış Baş nazir Benyamin Netanyahu 2023-cü il 7 oktyabr hücumu ilə bağlı yenidən kəskin tənqid və ittiham atəşinə tutulub.

Musavat.com xəbər verir ki, "Axios" nəşrinin yaydığı məlumata görə, Netanyahunun HƏMAS-ın hazırladığı kütləvi hücum barədə öncədən ən azı bəzi kəşfiyyat xəbərdarlıqları aldığına dair yeni iddialar ortaya çıxıb.

Bununla belə, son üç il ərzində davam edən regional münaqişələr və hərbi əməliyyatlar Netanyahunun İsrail cəmiyyətinin bir hissəsi arasında "müharibə dövrünün güclü və qətiyyətli lideri" imicini bərpa etməsinə kömək edib. Lakin bu amil onun siyasi gələcəyini tam sığortalamağa yetmir.

Rəy sorğularının nəticələrinə görə, Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası hazırki 32 mandat əvəzinə Knessetdə cəmi 20–22 yer qazana bilər. Proqnozlar göstərir ki, onun sağçı koalisiyası parlamentdə çoxluq təşkil etmək üçün tələb olunan 61 yeri toplamaqdan uzaqdır. ABŞ Prezidenti Donald Trampın da hələ ki, Netanyahuya açıq şəkildə siyasi dəstək nümayiş etdirməməsi İsrail Baş nazirinin seçki öncəsi mövqelərini daha da zəiflədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR