İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST-dən Ebola ilə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayı kəskin artır

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə əlaqədar Braziliya və İtaliyada da şübhəli hallar araşdırılır.

ÜST bildirib ki, ölkədə yoluxanların sayı 282-yə, ölənlərin sayı isə 42-yə çatıb, 1100-dən çox şübhəli hal araşdırılır.

Bundibuqyo ştammına qarşı hazırda lisenziyalı peyvənd və xüsusi müalicə yoxdur. Bununla belə, erkən müdaxilə və dəstəkləyici müalicənin sağalma şansını artırdığı vurğulanıb.

Braziliyada iki nəfərdə Ebola şübhəsi araşdırılsa da, ilkin olaraq meningit və malyariya aşkarlanıb. İtaliyada isə Konqodan qayıdan sərnişinlə bağlı testlər mənfi çıxıb.

Virusun digər ölkələrə yayılması riski davam edir./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR