Onlayn ictimai-siyasi qəzet
Ukraynanın gecədən Rusiya ərazisinə başlatdığı dron və raket hücumu hələ də davam edir.
Musavat.com xəbər verir ki, Rusiya rəsmi mənbələri Samara, Penza, Orenburq və Çelyabinsk vilayətləri, Tatarıstan, Çuvaşiya, Sverdlovsk, Ulyanovsk, Kurqan, Tümen və Nijni Novqorod vilayətləri, Perm diyarı, Xantı-Mansi Muxtar Dairəsi və Udmurtiya ərazilərində raket hücumu təhlükəsi elan edib.
Səhər saatlarında Vladimir bölgəsində pilotsuz təyyarənin hücumu nəticəsində iki infrastruktur obyektində yanğın baş verdiyinə dair məlumat açıqlanıb.
Qubernator Aleksandr Avdeyevin məlumatına görə, xəsarət alan olmayıb: "Dron hücumu nəticəsində Kamenkovski və Aleksandrovski rayonlarında iki infrastruktur obyektində yanğın baş verib. Xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyi və Rusiya Milli Qvardiyası lazımi tədbirləri görür".
Açıqlanan məlumata əsasən Ukrayna Kuybışevsk Neft Emalı Zavodu, Çeboksarıda yerləşən, Rusiya dronları, “İsgəndər”, “Kaliber” raketləri üçün hissələri istehsal edən “VİİR-Proqress” zavoduna zərbələr endirib. Hər iki obyektdə güclü yanğın başlayıb.
Bundan əlavə, Ukrayna Krıma quru yolla ükdaşımaların həyata keçirildiyi Çonqar körpüsünə ikinci dəfə zərbə endirərəkl onu tamamilə sıradan çıxarıb.
Hücumlar davam edir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ