Onlayn ictimai-siyasi qəzet
"Xalqın Xidmətçisi" partiyasından olan dörd parlament üzvü Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən Ali Radada səs vermək müqabilində rüşvət almaqla bağlı qaldırılan işə cəlb edilib.
Musavat.com xəbər verir ki, bu barədə ZN.UA və “Ukrainskaya Pravda” nəşrləri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
İddiaya görə, sözügedən deputatlar Yevgeni Pivovarov, İqor Nequlevski və Yuri Kiselydir.
“Ukrainskaya Pravda” əlavə olaraq bildirib ki, Olya Savçenko da şübhəli şəxs qismində xəbərdarlıq alıb.
Məlumata görə, NABU Yuri Kiselyin ofisini dinləyib. İddialara görə, deputatlar burada pulla dolu zərflər alıblar.
Eyni zamanda, ZN.UA xəbər verir ki, “Kvartal 95” komandasının üzvü, “Yuzik” ləqəbli Yuri Koryavçenkoya indiyə qədər rəsmi şübhə bildirişi təqdim olunmayıb. NABU da onun evində axtarış aparıldığı barədə yayılan məlumatları təkzib edib. Mənbələr isə bildirir ki, Koryavçenkov ölkəni tərk edib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ