Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Donetsk vilayətinin Konstantinovka istiqamətində vəziyyət daha da gərginləşir.
Musavat.com xəbər verir ki, Ukrayna hərbçisi bölgədə logistika və müdafiə imkanlarının ciddi şəkildə zəiflədiyini bildirib.
Ukrayna Silahlı Qüvvələrinin "Muçnoy" ləqəbli hərbçisinin sözlərinə görə, döyüşlərin əsas ağırlıq mərkəzi Novoselovka mikrorayonundan Osıkove və Alekseyevo-Drujkovka istiqamətinə keçib. O bildirib ki, Rusiya qüvvələri Konstantinovkanın şimalında təzyiqi artırmağa davam edir.
Hərbçinin sözlərinə görə, bölgədə etibarlı təchizat marşrutları demək olar ki, qalmayıb. Şəxsi heyətin hərəkəti və yaralıların təxliyəsi son dərəcə yüksək risk daşıyır. Əvvəllər təminatdakı çətinlikləri qismən aradan qaldıran pilotsuz uçuş aparatları da artıq əvvəlki kimi effektiv fəaliyyət göstərə bilmir.
"Muçnoy" qeyd edib ki, radioelektron mübarizə vasitələrinin və PUA-lara qarşı sistemlərin yüksək sıxlığı səbəbindən Ukrayna dronları hədəfə çatmadan ələ keçirilir və ya məhv edilir. Bu isə həm kəşfiyyatın aparılmasını, həm də vacib resursların çatdırılmasını çətinləşdirir.
Onun sözlərinə görə, daha bir ciddi problem Rusiya FPV-dronlarının bölgədə yüksək sayda cəmləşməsidir. Bu səbəbdən hətta gizli marşrutlarla edilən hərəkətlər belə qısa müddətdə aşkarlanır və zərbəyə məruz qalır. Nəticədə manevr, rotasiya və şəhər şəraitində mövqelərin qorunması daha da mürəkkəbləşir.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ