Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı ölkəsinin NATO-ya üzvlük perspektivi ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Zalujnının sözlərinə görə, NATO hazırkı inkişaf səviyyəsində Ukrayna ordusunu öz sıralarına qəbul etməyə hazır deyil. O, Alyansın hələ də “İkinci Dünya müharibəsi doktrinalarına” əsaslandığını bildirib.
“NATO-nu çox yaxşı tanıyıram. Təxminən 12 il şəxsən NATO standartlarını mənimsəməyimiz üçün çalışmışam və hər il ‘bax, indi-indi NATO-ya daxil olacağıq’ nağıllarını eşitmişəm. Təəssüf ki, biz heç vaxt NATO-ya daxil olmayacağıq”, – deyə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı bildirib.
Zalujnının fikrincə, bunun əvəzinə gələcəkdə yeni müdafiə ittifaqları formalaşacaq. Onun sözlərinə görə, belə birliklərdən biri Avropanın ayrıca hərbi təhlükəsizlik bloku ola bilər.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ