Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin "Telegram"da bildirib.
Onun sözlərinə görə, hərbçilər artıq Moskvaya yaxınlaşan 19 dronu məhv ediblər.
Sobyanin bildirib ki, Vnukovo hava limanı uçuşları müvəqqəti olaraq dayandırıb. Şeremetyevo hava limanı isə "müvafiq orqanlarla razılaşdırılmaq şərti ilə" uçuşları qəbul edir və yola salır.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ