İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Hərbi Hava Qüvvələrindən təcili açıqlama – Daha bir F-16 qırıcısı...

Ukrayna Hərbi Hava Qüvvələri daha bir F-16 qırıcısı ilə bağlı insident baş verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, qırıcı cəbhənin istiqamətlərindən birində döyüş tapşırığını yerinə yetirərkən onunla əlaqə itib. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində qeyri-standart vəziyyət yaranıb və pilot katapult etmək məcburiyyətində qalıb.

Bildirilib ki, pilotun vəziyyəti yaxşıdır və o artıq təxliyə edilib. Hazırda insidentin səbəbləri araşdırılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR