İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna bu respublikanı BOMBALADI: 1400 kilometr məsafədə... – Elxan Nuriyevlə CANLI

Ukrayna Silahlı Qüvvələri sərhəddə təxminən 1400 kilometr məsafədə yerləşən Rusiyanın Başqırdıstan Respublikasının Çişminski rayonunda “Wildberries” marketpleysinin paylama mərkəzinə dronlarla zərbə endirib. Rusiya mediası məlumat yayıb. Hücumdan sonra mərkəzdə yanğın baş verib.

Başqırdıstan qubernatoru Radi Xabirov da Salavat şəhərinin sənaye zonasına dronun düşməsi nəticəsində yanğın baş verdiyini açıqlayıb. Hadisə yerinə fövqəladə hallar və hüquq-mühafizə xidmətləri göndərilib. Zərərçəkənlər barədə məlumat verilməyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyada müharibəyə qarşı çıxan gəncləri “axmaq” adlandırıb. "Bu qədər tamamilə təhrif olunmuş düşüncəyə malik insanlar haradan çıxırlar? Onlar sadəcə, nə etdiklərini başa düşmürlər. Əlbəttə ki, onların arasında inadkar yaramazlar var, amma düşünmürəm ki, onların sayı çoxdur. Bu, daha çox axmaqlıq və məlumatsızlıq məsələsidir", - deyə TASS Medvedevin sözlərini sitat gətirir.

O əlavə edib ki, "Vahid Rusiya"nın bu cür şəxslərlə “sıx işləməsi” lazımdır.

Medvedev həmçinin “SVO”-nun mümkün sonu barədə danışıb. Onun sözlərinə görə, müharibə yalnız Kremlin tələbləri yerinə yetirildikdən sonra başa çatacaq və ya dayandırılacaq. Bu tələblərə Ukrayna qoşunlarının məlum ərazilərdən tamamilə çıxarılması daxildir. Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, Rusiyanın Qərblə münasibətləri "SVO-nin bu və ya digər formada bitməsi və ya dayandırılması ilə az dəyişəcək”.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Ukraynada ehtiyatda olan polkovnik Elxan Nuriyevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR