Onlayn ictimai-siyasi qəzet
Türkiyə Suriya ərazisindəki hərbi mövcudluğunu tam başa çatdırmaq üçün Əhməd əş-Şaraa hakimiyyətinə 3 əsas şərt irəli sürüb.
Musavat.com-un xəbərinə görə, Türkiyə yalnız tələb olunduğu hallarda dəstəyi davam etdirəcək.
Əsas şərtlər Suriya ərazisində dövlət hakimiyyətinin tam bərpası, Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin olunması və bütün terror təhlükəsinin aradan qaldırılmasıdır.
Mənbələr bildirir ki, Suriya hökuməti artıq idarəetməni bölgələrdə öz üzərinə götürüb, "Suriya Demokratik Qüvvələri" isə Haseke və Ayn əl-Ərəbdə sıxışdırılıb.
Qeyd olunur ki, Türkiyə şərtləri irəli sürərkən Afrin nümunəsini göstərib. Afrin nümunəsinə görə, təhlükəsizlik dəstəyi verən türk polis və jandarması vəzifələrini tamamlayaraq ölkəyə qayıdıb, yerli təhlükəsizlik Suriya hökumətinə verilib. Türk əsgərləri isə əsas bazalarda mövcudluğunu saxlayır.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ