İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə yeni silahlarını dünyaya nümayiş etdirdi - VİDEO

Türkiyənin müdafiə sənayesi nəhəngi "ASELSAN" şirkəti "DRONEDEF" kompleksinin uğurlu sınaqları barədə məlumat yayıb.

Musavat.com xəbər verir ki, sınaqlar zamanı "İHTAR", "EJDERHA" sistemləri və "GÖKBERK" lazer kompleksi bir neçə pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib.

Sözügedən sistemlərdən "İHTAR" alçaqdan uçan FPV dronlarının aşkarlanması və izlənilməsinə cavabdehdir. "EJDERHA" sistemi yönəldilmiş elektromaqnit enerjisinin köməyi ilə dron qruplarını və fiber-optik idarəetməli PUA-ları sıradan çıxarır, "GÖKBERK" kompleksi isə hədəfləri lazer şüası ilə məhv edir.

Hər üç sistem Türkiyənin "Polad Qübbə" (Çelik Kubbe) adlı çoxşaxəli və eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminə inteqrasiya edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR