İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə qrupdan necə çıxa bilər? - Şərtlər

Türkiyə Milli Komandasının Dünya Kubokunda ilk oyundakı məğlubiyyətdən sonra həlledici mərhələyə qədəm qoyub.

Musavat.com xəbər verir ki, FIFA- 2026 Dünya Kubokunun D qrupunda Avstraliyaya 0:2 hesabı ilə məğlub olan Türkiyə millisi ilk turdan sonra xalsız qalıb. Hazırda qrupda ABŞ və Avstraliya 3 xalla liderdir, Türkiyə və Paraqvayın isə hesabında xal yoxdur.

Yeni turnir formatına əsasən, 12 qrupun ilk iki pilləsini tutan komandalarla yanaşı, ən yaxşı 8 üçüncü yer sahibi də 32 -ci mərhələyə vəsiqə qazanacaq.

Türkiyə qalan iki qarşılaşmada – Paraqvay və ABŞ üzərində qələbə qazanarsa, xalını 6-ya çatdıracaq və qrupdan çıxmaq üçün çox əlverişli mövqe əldə edəcək. Lakin yekun sıralama digər oyunların nəticələri və top fərqi ilə müəyyənləşə bilər.

Bir qələbə və bir heç-heçə halında Türkiyə 4 xal toplayacaq. Bu nəticə həm ilk iki yer, həm də ən yaxşı üçüncülər sırasına düşmək baxımından ümidləri qoruyacaq.

Türkiyə yalnız bir oyunda qalib gələrək 3 xal toplasa, növbəti mərhələyə yüksəlmək üçün digər qruplardakı nəticələrə də ümid etməli olacaq. Belə halda top fərqi və vurulan qollar xüsusi əhəmiyyət daşıyacaq.

A Milli Komandanın Dünya Kubokundakı taleyi Paraqvay və ABŞ-la keçiriləcək qarşılaşmalardan sonra dəqiqləşəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR