İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayıq sürücülərə polis pul paylayır – Bu ölkədə görünməmiş kampaniya

Avstraliyanın Qərbi Avstraliya ştatında polis sərxoş vəziyyətdə avtomobil idarə etməyən sürücüləri qeyri-adi üsulla mükafatlandırmağa başlayıb.

Musavat.com xəbər verir ki, Mancimap şəhərində yol polisi tərəfindən saxlanılan sürücünün alkotester nəticəsi sıfır göstərərsə və başqa qayda pozuntusu aşkarlanmazsa, ona 20 Avstraliya dolları dəyərində vauçer təqdim olunur.

Sentyabrda başlayan kampaniya üçün ümumilikdə 100 vauçer hazırlanıb və onların ümumi dəyəri 2 min dollardır. Vəsaiti alkoqol və narkotik asılılığı ilə mübarizə sahəsində fəaliyyət göstərən yerli Holyoake xidməti ayırıb.

Pert şəhərindən təxminən 290 kilometr cənubda yerləşən Mancimapda kampaniyanın məhz sentyabrda keçirilməsi təsadüfi deyil. Polis bunu Avstraliya futbolu üzrə final oyunlarının keçirilməsi və məktəb tətillərinin yaxınlaşması ilə əlaqələndirib. Bu dövrdə yollarda hərəkətin intensivliyi artır.

Təşkilatçılar pul mükafatının yol hərəkəti qaydalarının pozulması hallarını real olaraq azaldıb-azaltmayacağını hələ bilmədiklərini də bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR