İnsanlara hürriyət, millətlərə istiqlal!

Araqçi Nyu-Yorka gedir

BMT sessiyasından öncə Dohada vacib görüşlər

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-yə yola düşüb.

Nyu-Yorka getməzdən öncə İranın baş diplomatının Qətərin paytaxtı Dohada qısamüddətli dayanacaq edəcəyi bildirilir. Araqçi burada regional diplomatik təmaslar çərçivəsində mühüm görüşlər keçirəcək və Yaxın Şərqdəki son gərginliklə bağlı məsləhətləşmələr aparacaq.

Dohadakı danışıqlardan dərhal sonra İran XİN rəhbəri BMT Baş Assambleyasının işinə qatılmaq üçün Nyu-Yorka yollanacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR