İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir vaxtlar ekranların sevilən siması idi – Eldəniz Rəsulov indi nə edir?

“Bütün günü evdə oluram. Yaradıcılıqla məşğul olmuram”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın kino və dublyaj aktyoru, Əməkdar artist Eldəniz Rəsulov deyib.

74 yaşlı aktyor bildirib ki, hazırda yaradıcılıq fəaliyyəti ilə məşğul deyil. O, dublyaj sahəsində də fəaliyyət göstərmədiyini söyləyib.

Eldəniz Rəsulov əlavə məlumat vermək istəməyib və söhbəti qısa şəkildə yekunlaşdırıb.

Qeyd edək ki, Eldəniz Qeybulla oğlu Rəsulov 30 aprel 1952-ci ildə Qax rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirib. O, bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Kinoaktyor Teatr Studiyasında çalışıb. Eldəniz Rəsulov 1971-ci ildən etibarən bədii filmlərdə rol almağa başlayıb. Aktyor müxtəlif illərdə “Sevinc buxtası” filmində Seyidov, “Babək” filmində Azin, “Anlamaq istəyirəm” filmində Zeynal, “Nizami” filmində Maxan və Bəşir, “Gümüşgöl əfsanəsi” filmində Fərid, “Şeytan göz qabağında” filmində Zeynal, “Ovsunçu” filmində isə kəndxuda obrazlarını canlandırıb.

Aktyor Azərbaycan Televiziyası və Lider TV-də yayımlanan çoxseriyalı bədii və sənədli televiziya filmlərinin dublyajında da fəal iştirak edib.

Eldəniz Rəsulov tanınmış dramaturq Qeybulla Rəsulovun oğludur. 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. O, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

gümüşgöl.jpg (49 KB)

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR