İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - VİDEO

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən "Solneçnıy" ticarət kompleksində yanğın baş verib. 

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Baş verən yanğın dörd nəfərin həyatına son qoyub. Daha doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dünyasını dəyişənlərdən üçü bacıdır.

İlkin ehtimallara görə, hadisəyə qısaqapanma səbəb olub.

Xilasedicilər binadan 17 nəfəri, o cümlədən bir uşağı təxliyə ediblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR