İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada seçki sandıqları açıldı, səslər hesablanır – İlkin nəticələrdə çox böyük fərq

Rusiyada Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb.

Musavat.com xəbər verir ki, hakim “Vahid Rusiya” Partiyası səslərin hesablanmasının ilkin mərhələsində böyük fərqlə öndədir.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, protokolların 13,88 faizinin işlənməsindən sonra “Vahid Rusiya” 57,54 faiz səs toplayıb.

İlkin göstəricilərə görə, Kommunist Partiyası 13,67 faiz, LDPR 9,27 faiz, “Yeni insanlar” 7,96 faiz, “Ədalətli Rusiya” isə 5,16 faiz səs alır.

Məsafədən elektron səsvermənin ilkin nəticələrinə görə isə “Vahid Rusiya” 49,06 faiz səs toplayır. “Yeni insanlar” 15,42 faiz, Kommunist Partiyası isə 12,26 faiz səs alır.

Nəticələr ilkin xarakter daşıyır və protokolların hesablanması davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR