İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Prezidenti: F-35 proqramına yenidən qoşulmalıyıq

Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bloomberg"ə yazılı müsahibəsində danışıb.

O, Türkiyənin Rusiyadan hərbi texnika almasına görə F-35 proqramından çıxarılması qərarını "ədalətsiz" adlandırıb.

"ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlaması ilə Türkiyə–ABŞ münasibətlərində daha müsbət bir müstəviyə keçid üçün imkan yaranıb. Türkiyənin ödənişini etdiyi F-35 təyyarələrini təhvil alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ üçün, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir".**report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR