Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə dünya çempionatında Türkiyə ABŞ ilə üz-üzə gəlib.
Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" 3:2 hesablı qələbəyə seviniblər.
Avropa təmsilçisinin heyətində Arda Gülər (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.
Qeyd edək ki, ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ