Onlayn ictimai-siyasi qəzet
“Vaxtilə arzusunda olduğumuz Türk Dövlətləri Təşkilatı bu gün çox fəaldır, müxtəlif ölkələrdə tez-tez tədbirlər keçirilir. Adətən, keçirilən tədbirlərdə ev sahibi ölkənin himni səslənir. Düşünürəm ki, Türk Dövlətləri Təşkilatına himn lazımdır. Təşkilatın keçirdiyi tədbirlərdə yerli ölkənin himni ilə yanaşı, Türk Dövlətləri Təşkilatının da himni səslənsə, çox gözəl olardı”.
Musavat.com bildirir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı öz himninin hazırlanması üçün müsabiqə elan edə bilər:
“Məncə, təşkilat müsabiqə elan edə bilər və bu müsabiqəyə Türk dünyasından şairlər, bəstəkarlar qoşula bilərlər. Bu yaradıcı insanlar arasında bir xoş rəqabət də gedə bilər. Nəticədə möhtəşəm musiqisi və təsirli sözləri ilə gözəl bir himn ortaya çıxa bilər. Elə bir himn ki, onu bütün Türk dünyası oxusun və əzbər bilsin. Məncə, bu arzumuz da reallaşacaq”.
Xalidə,
Musavat.com
05 Oktyabr 2026
04 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ