İnsanlara hürriyət, millətlərə istiqlal!

Tülin yenidən saxlanıldı - Bu dəfə tələbəsi ilə

Quldurluq cinayətinə görə boksçu kimi tanınan Tülin Ələkbərova və onun tələbəsini polis saxlayıb.

Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə Abşeron rayonu ərazisində baş verib.

Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tülin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Tulin Ələkbərova bir neçə ay əvvəl xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılmış və 6 ay müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdi. Hazırda onun üzərində elektron qolbaq var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR