İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bu payız Kim Çen Inla görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp köməkçilərinə bu payız Şimali Koreya lideri Kim Çen Inla görüş təşkil etmək üçün təzyiq göstərir.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Bildirilir ki, Tramp məsləhətçiləri ilə Asiyaya növbəti səfəri zamanı Kim Çen Inla üzbəüz danışıqlar aparmaq imkanını müzakirə edib.

Qəzet qeyd edir ki, Tramp noyabr ayında Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etmək üçün ora gedə bilər. Lakin ABŞ və Şimali Koreya liderləri arasında görüş üçün hələlik rəsmi planlar müəyyən edilməyib.

"The Wall Street Journal" qəzeti yazır ki, Tramp Kim Çen Inla görüşü dialoqu bərpa etmək və Şimali Koreyanı nüvə proqramından imtina etməyə inandırmaq üçün bir fürsət kimi görür. Qeyd olunur ki, ekspertlər və bəzi ABŞ rəsmiləri iki lider arasındakı danışıqlardan əhəmiyyətli irəliləyiş gözləmirlər. Ağ Evdəki mənbə bildirib ki, Tramp və Kim Çen In arasında görüş uyğun bir vaxtda baş tutacaq.

Nəşr yazır ki, Amerika prezidenti 2025-ci ildə Asiya turnesi zamanı Şimali Koreya lideri ilə danışıqlar aparmaq istəyib. Pxenyan Vaşinqtona görüşə etiraz etmədiyini bildirib, lakin tərəflər təşkilati məsələləri qısa müddət ərzində həll edə bilməyiblər.

17 avqustda Amerika lideri Kim Çen Inın danışıqlar aparmaq təşəbbüsünə cavab verdiyini bildirib və aralarında qarşılıqlı anlaşmanın yarandığını qeyd edib.

Tramp Şimali Koreya lideri ilə ilk səlahiyyət müddəti ərzində üç dəfə - 2018-ci ilin yayında və 2019-cu ilin qış və yay aylarında görüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR