Onlayn ictimai-siyasi qəzet
Pişiklər sahibinin emosiyalarını hiss edir – yeni araşdırma maraqlı nəticələr ortaya çıxarıb
Musavat.com xəbər verir ki, son elmi tədqiqatlar pişiklərin insan emosiyalarını anlama qabiliyyətinin əvvəl düşünüldüyündən daha güclü olduğunu ortaya qoyub. Məlum olub ki, pişiklər təkcə sahibinin əhval dəyişikliyini hiss etmir — ürək döyüntülərini belə sinxronlaşdıra bilirlər.
Mütəxəssislərin sözlərinə görə, insan əsəbiləşdiyi zaman kortizol səviyyəsi yüksəlir və bunun təsiri ilə qoxu, bədən mikrohərəkətləri və nəfəs ritmi dəyişir. Pişiklər bu dəyişiklikləri ani şəkildə hiss edir.
Tədqiqatçılar bildirir ki, pişik sahibinə güvənirsə, onun beynində oksitosin hormonu — ana ilə balası arasında bağlılığı yaradan maddə — ifraz olunur. Bu səbəbdən pişiklər sahibinin çətin anlarında onun sinəsinə çıxır, yanından ayrılmır və bədən istiliyi ilə onu sakitləşdirməyə çalışır.
Alimlər vurğulayırlar ki, pişiklərin “müalicəvi yaxınlığı” təsadüfi davranış deyil, bioloji bağlılığın nəticəsidir.
Mütəxəssislər pişiklərin emosional dəstək funksiyasını daha ciddi nəzərdən keçirməyi tövsiyə edirlər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ