İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampla görüşə qatıldı - Vəzifəsindən getdi

Kosta-Rikada ABŞ Prezidenti Donald Trampla keçirilən görüşə ölkə prezidentinin xəbəri olmadan qatılan xarici işlər naziri Manuel Tovar vəzifəsindən azad edilib. Tovar cəmi 139 gün xarici işlər naziri vəzifəsində çalışaraq ölkə tarixində bu postda ən qısa müddət qalan şəxs olub.

Musavat.com xəbər verir ki, hadisə Nyu-Yorkda BMT Baş Assambleyasının toplantıları çərçivəsində baş tutub. Tovar müxtəlif Latın Amerikası ölkələrinin nümayəndələrinin də iştirak etdiyi və Donald Trampın rəhbərlik etdiyi görüşə qatılıb.

Lakin Kosta-Rika Prezidenti Laura Fernandes görüş barədə əvvəlcədən məlumatlandırılmadığını bildirib.

Prezident Administrasiyasının açıqlamasına görə, Tovara qarşı əsas narazılıq onun görüşə qatılması deyil, prezidentin toplantı barədə lazımi şəkildə məlumatlandırılmaması və görüşdə iştirak etməsi üçün ona lazımi imkanın yaradılmaması olub.

Bundan sonra Fernandes Tovarı xarici işlər naziri vəzifəsindən azad edib.

Hadisədən sonra Laura Fernandes ABŞ tərəfdən üzr istəyib. Prezident görüşə dəvətin ona lazımi şəkildə çatdırılmadığını bildirib.

Tovarı vəzifədən azad etməsi ilə bağlı isə Fernandes “Bu cür səhvlər gözardı edilə bilməz” deyə açıqlama verib.

Manuel Tovar Laura Fernandesin prezident vəzifəsinə başlamasından sonra mayın 8-də xarici işlər naziri təyin edilmişdi.

Lakin Trampın iştirak etdiyi görüş ətrafında yaranan diplomatik böhrandan sonra onun vəzifədə qalma müddəti cəmi 139 gün oldu. Bununla Tovar Kosta-Rika tarixində xarici işlər naziri postunda ən qısa müddət çalışan şəxs kimi tarixə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR