İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist politoloq hakimiyyəti hədəfə aldı

Ermənistanda Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma davam edir. Hakimiyyətin kilsə ilə bağlı hazırladığı hesabat Paşinyanın əleyhdarlarının yeni tənqidlərinə səbəb olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli politoloq, revnaşist görüşləri iloə bilinən Stepan Danielyan NEWS.am-a açıqlamasında hökuməti şəxsi məlumatları yaymaqda və qanunvericiliyi pozmaqda ittiham edib.

Danielyanın sözlərinə görə, hökumətin və ya dövlət təşkilatının kilsənin fəaliyyəti haqqında hesabat hazırlaması özlüyündə problem deyil. Əsas məsələ həmin sənəddə yer alan məlumatların məzmunu və onların hansı mənbələrə əsaslanmasıdır.

Politoloq iddia edib ki, hesabat bəzi din xadimlərinin şəxsi həyatı haqqında məlumatlarla başlayır. Onun sözlərinə görə, bu məlumatların bir hissəsi təsdiqlənməmiş şayiələrə və mətbuatda yayılan iddialara əsaslanır. Danielyan bildirib ki, sənəddə hətta pedofiliya ittihamı ilə adı hallandırılan şəxsin kimliyi də açıqlanıb.

Xatırladaq ki, Stepan Danielyan əvvəllər də Azərbaycanın Qarabağla bağlı mövqeyinə qarşı çıxan açıqlamalar verib. O, 2022-ci ildə Rusiya qüvvələrinin regionda qalmasını və Qarabağ məsələsinin dondurulmasını müdafiə edib. 2026-cı ilin mayında isə Paşinyanı Azərbaycanın Qarabağdakı hərəkətlərinə haqq qazandırmaqda ittiham edib.

Sentyabrın 24-də Paşinyanın tapşırığı ilə hazırlanan kilsə haqqında hesabatın dərc edilməsi Ermənistan hakimiyyəti ilə Eçmiədzin arasında qarşıdurmanı yenidən gündəmə gətirib. Hökumət sənədi kilsədəki böhranın araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi ilə əlaqələndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR