İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan NATO-ya sərt mesaj: “Hörmüz boğazını biz qoruyuruq, siz yox!”

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trump Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib.

O bildirib ki, ABŞ bu strateji boğazdan birbaşa istifadə etməsə də, onun təhlükəsizliyini digər ölkələr üçün təmin edir.

“Biz Hörmüz boğazını istifadə etmirik, onu başqaları üçün müdafiə edirik. NATO isə bu boğazın qorunmasında bizə kömək etmək istəmir. Halbuki, bu müdafiəyə ən çox ehtiyacı olanlar elə onlardır”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, NATO bu məsələdə daha aktiv mövqe nümayiş etdirməlidir.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR