İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Venesuela daxilində obyektlərə zərbələr endirilməsi ilə bağlı göstəriş verib

ABŞ prezidenti Donald Tramp Venesuela ərazisində yerləşən bir sıra obyektlərə, o cümlədən hərbi hədəflərə zərbələr endirilməsi barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə CBS News kanalına danışan ABŞ rəsmiləri məlumat veriblər. Bildirilir ki, mümkün zərbələr Venesuelanın daxili ərazilərində yerləşən strateji və hərbi obyektləri əhatə edir.

Məlumatda əməliyyatın detalları açıqlanmasa da, qərarın regionda gərginliyi daha da artıracağı istisna edilmir. Rəsmi Vaşinqton məsələ ilə bağlı hələlik əlavə açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR