İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhərlər müharibəsi: Mülki itkilər yeni antirekord vurdu

Rusiya və Ukrayna arasında müharibədə hər iki tərəfdə mülki əhali arasında ölən və yaralananların sayı ardıcıl üçüncü aydır artır. Hərbi ekspertlər münaqişənin hazırkı mərhələsini artıq "şəhərlər müharibəsi" adlandırırlar.

Musavat.com xəbər verir ki Conflict Intelligence Team (CIT) könüllülərinin məlumatları əsasında xüsusi hesabat hazırlanıb.

Məlumata görə, iyul ayında hər iki tərəfdə mülki əhali arasında ölən və yaralananların sayı yeni antirekord müəyyənləşdirib. Qurbanların və yaralananların təxminən 70 faizi Ukraynanın nəzarətində olan ərazilərin payına düşüb.

İyulun ən qanlı hücumları arasında Rusiyanın iyulun 2-də Kiyevə raket və pilotsuz aparatlarla endirdiyi zərbə xüsusi qeyd olunur. Hücum nəticəsində çoxmərtəbəli yaşayış binası dağılıb, 31 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Dörd gün sonra Kiyev yenidən hücuma məruz qalıb. Bu dəfə 19 nəfər həlak olub, 76 nəfər yaralanıb.

İyulun 11-də Rusiya ordusunun Sumıya endirdiyi aviazərbə nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Öz növbəsində Ukrayna pilotsuz aparatlarının Tambov vilayətinin Kotovsk şəhərində Wildberries anbarına hücumu zamanı 7 nəfər həlak olub, 24 nəfər yaralanıb.

İyulun 20-də isə Ukrayna pilotsuz aparatının Belqorod vilayətinin Şebekino rayonunda sərnişin avtobusuna zərbə endirməsi nəticəsində 5 nəfər ölüb, 27 nəfər yaralanıb.

Araşdırmada qeyd olunur ki, əvvəlki antirekordlar da bu ilin may və iyun aylarında qeydə alınıb. İyun ayında 451, may ayında isə 377 mülki şəxs həyatını itirib.

Hərbi ekspertlər və Qərb KİV-ləri müharibənin hazırkı mərhələsini "şəhərlər müharibəsi" adlandırırlar.

Bu termin ilk dəfə müasir mənada 1980–1988-ci illər İran-İraq müharibəsi zamanı istifadə olunub. Həmin dövrdə tərəflər cəbhədə həlledici üstünlük əldə edə bilmədikləri üçün yaşayış məntəqələrini kütləvi şəkildə raket və aviasiya zərbələrinə məruz qoymağa başlamışdılar.

Conflict Intelligence Team layihəsinin yaradıcısı Ruslan Leviev hesab edir ki, bu taktikanın məqsədi düşmənin ordusunu məğlub etmək deyil, cəmiyyətə və iqtisadiyyata təzyiq göstərərək onu güzəştə məcbur etməkdir.

Onun sözlərinə görə, tarixi təcrübə göstərir ki, "şəhərlər müharibəsi" adlanan mərhələ qələbə gətirmir və belə münaqişələr uzun illər davam edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR