İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiyaya qarşı sanksiya qanununa dəstək verdiyini təsdiqlədi

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiyaya qarşı sanksiyalar qanununun Senatda müzakirəsinə yaşıl işıq yandırıb.

Musavat.com xəbər verir ki, o, "Fox News"a verdiyi müsahibədə qanundan istifadəyə ehtiyac qalmayacağına ümid etdiyini bildirib:

"Mən bunu dəstəkləyirəm. Lakin ümid edirəm ki, biz bunu tətbiq etməli olmayacağıq".

Tramp xatırladıb ki, Vaşinqton artıq "Rusiyaya qarşı çox əhəmiyyətli sanksiyalar" tətbiq edir:

"Rusiyanın iqtisadiyyatı çox pis vəziyyətdədir. Amma onlar Ukraynadan daha böyükdürlər. Onlar daha böyük və daha güclü bir ölkədir".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR