İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Netanyahuya “müharibə dövrünün baş naziri” dedi

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu “müharibə dövrünün baş naziri” adlandırıb.

Musavat.com xəbər verir ki, Tramp bu barədə ABC News telekanalına müsahibəsində danışıb.

Netanyahunun yenidən seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verən Tramp bunun hələlik açıq qaldığını bildirib.

“Bilmirəm. Onun möhtəşəm siyasi karyerası olub. Davam etmək istəyib-istəmədiyini bilmirəm. Bildiyiniz kimi, o, müharibə dövrünün baş naziridir”, - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, müharibənin tezliklə bu və ya digər şəkildə başa çatacağını gözləyir: “Çox yaxında biz bu müharibədə qalib gələcəyik. O, müharibə dövrünün baş naziridir. Bu normaldır, eynilə mənim müharibə dövrünün prezidenti olmağım kimi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR