Onlayn ictimai-siyasi qəzet
Venesuelaya qarşı əməliyyat ABŞ suverenliyini təhdid edəcək hər kəs üçün bir xəbərdarlıqdır.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Venesuelaya hava zərbələri və Nikolas Maduronun saxlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
O, "Monro doktrinası"nın xatırlanmasını və ABŞ-ın Qərb yarımkürəsindəki liderliyinin şübhə altına alınmamasını tələb edib.
Ağ Ev sahibi vurğulayıb ki, ABŞ Qərb yarımkürəsindəki dominantlığının bir daha şübhə altına alınmamasını təmin edəcək.
Tramp bir daha Venesuela nefti ilə bağlı məsələyə toxunaraq, ixraca qadağanın hələ davam edəcəyini bildirib. Lakin onun sözlərinə görə, bu sahəyə yatırımlar “Venesuela xalqını çiçəklənən, müstəqil və təhlükəsiz edəcək”.
Onun sözlərinə görə, ABŞ-ın Venesueladakı əməliyyatı "Gecəyarısı çəkici" adlanır.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ