Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp ABŞ-da keçiriləcək ilk Dünya Kuboku oyununa qatılmağı planlaşdırmır.
Musavat.com xəbər verir ki, məlumatı Politico öz mənbələrinə istinadən yayıb.
ABŞ və Paraqvay arasındakı matçın Bakı vaxtı ilə 13 iyun gecəsi Los-Ancelesdə keçirilməsi planlaşdırılır. Bundan əvvəl Paraqvay prezidenti Santyaqo Pena milli komandanın oyununa qatılacağını bildirib. O, iyunun 11-də ABŞ-a gələcək və orada dörd gün qalmağı planlaşdırır.
Dövlət katibi Marko Rubio prezidentin yerinə matçda ABŞ-ın rəsmi nümayəndə heyətinə rəhbərlik edəcək.
48 komandanın iştirak etdiyi ilk Dünya Kuboku iyunun 11-də Meksikanın Estadio Azteca stadionunda keçiriləcək açılış oyunu ilə başlayır.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ