Onlayn ictimai-siyasi qəzet
Separatçı Tiqran Petrosyan Ermənistanın dövlət televiziyasında canlı efir zamanı qalmaqallı bəyanatla çıxış edib. O bildirib ki, ermənilərin Qarabağa qayıdışı yalnız müharibə yolu ilə mümkün ola bilər.
Musavat.com xəbər verir ki, Petrosyan eyni zamanda qeyd edib ki, hazırda müzakirə olunan sülh sazişinin imzalanması Ermənistan üçün “xilas yolu”dur və bu sənəd onlara gələcəkdə müharibəyə hazırlaşmaq üçün zaman qazandıracaq.
Bu açıqlama Ermənistan tərəfindən rəsmi səviyyədə təkzib olunmasa da, Petrosyanın sözləri faktiki olaraq ölkənin Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni müharibəyə hazırlaşdığını göstərir. Ekspertlər bu bəyanatın bölgədə sülh prosesi üçün ciddi təhlükə yaratdığını vurğulayırlar.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ