İnsanlara hürriyət, millətlərə istiqlal!

Təl-Əvivdə gecə kabusu – Şəhər od içində - Video

Təl-Əviv yaxınlığında yerləşən Kiryyat-Ono bölgəsində gecə saatlarında hava hücumundan müdafiə sistemi tərəfindən vurulan raketin qalıqları yaşayış massivinə düşüb.

Musavat.com xəbər verir ki, insident nəticəsində bir neçə binaya və avtomobilə ziyan dəyib, ərazidə təşviş yaşanıb.

İlkin məlumatlara görə, raket havada zərərsizləşdirilsə də, partlayışdan sonra yaranan metal fraqmentlər şəhərin müxtəlif nöqtələrinə səpələnib. Güclü partlayış səsi sakinləri təşvişə salıb, bir çoxları sığınacaqlara enmək məcburiyyətində qalıb.

Hadisə yerinə polis, xilasedicilər və istehkamçılar cəlb olunub. Ərazi mühasirəyə alınıb və qalıqların təhlükəsiz şəkildə toplanmasına başlanılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR