İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran atəşkəsi pozmasa, ABŞ...

ABŞ prezidenti Donald Tramp Tehran atəşkəsə razılaşacağı təqdirdə İranla sülh danışıqlarına şans verməyə hazırdır.

Musavat.com xəbər verir ki, məlumatı "New York Post" qəzetinə ABŞ rəsmisi açıqlayıb:

"İstənilən danışıqların əsası budur - onlar atəşkəslə başlayır və İran əvvəlcə buna razı olmalıdır. ABŞ prezidenti mümkün qədər tez bir zamanda razılığa gəlmək istədiyini çox açıq şəkildə bildirib. Lakin iranlılar gəmilərə, Amerika bazalarına və Fars körfəzindəki ABŞ müttəfiqlərinə hücum etməyə davam edərsə, bunun bədəlini ödəməli olacaqlar".

"New York Post" qəzetinin məlumatına görə, iki tərəf texniki məsləhətləşmələri və vasitəçilərlə işləməyi davam etdirir.

İyulun 30-da Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqların davam etdiyini və Pakistanın İslamabad Memorandumunun şərtlərinə əməl olunmasını təmin etmək üçün əlindən gələni etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR