İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Zelenski adamlarını Moskvaya GÖNDƏRİR - Putinlə danışıqlarda TARİXİ DÖNÜŞ

Sülh danışıqları prosesini sürətləndirmək üçün bir sıra qeyri-adi variantlar müzakirə olunur və bu variantlardan biri Ukrayna nümayəndə heyətinin Moskvaya gedib Putinlə danışıqlar aparmasıdır. “Times of Ukraine” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verə bilərlər:

"Bunun səbəbi odur ki, hazırda Rusiyanın danışıqlar qrupu əvvəlki ilə müqayisədə daha konstruktiv olsa da, hələ də Rusiyada heç bir təsiri və müvafiq qərarlar qəbul etmək səlahiyyətləri yoxdur. Bu səbəbdən danışıqlar faktiki olaraq yerində sayır”.

Qeyd edilib ki, sonuncu danışıqlarda Əmirliklərə və ya ABŞ-a dəfələrlə getməyin mənası yoxdur, görüşlər qərar veriləcək yerdə keçirilməlidir: "Uitkoff və Kuşner təhlükəsizlik zəmanətçiləri rolunu oynamağı təklif edirlər.

Təklif olunan variant sırasında amerikalı vasitəçilərin təyyarəsinin Varşavadan Ukrayna nümayəndə heyətini götürərək Moskaya birbaşa Putinlə danışıqlar aparması da yer alıb. Lakin bu zaman 2023-cü ildə Rusiya tərəfindən saxta ittihamlarla qiyabi həbs edilən Kirill Budanovun bu prosesdə iştirakı sual altında qalacaq".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmin mövzularını siyasi ekspert Vaqif Hüseynlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR