İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda qızıl almağa gələn "müştəri" oğru çıxdı - VİDEO

Sumqayıtda soyğunçuluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR