Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında yeni telefon danışığı ən yaxın vaxtlarda baş tutacaq.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, ABŞ-ın Florida ştatında keçirilmiş danışıqların nəticələri ilə bağlı Rusiya tərəfi məlumatı məhz bu telefon danışığından sonra alacaq. Onun sözlərinə görə, hazırda Kreml həmin danışıqları qiymətləndirmək imkanına malik deyil.
Kremlin sözçüsü vurğulayıb ki, bu mərhələdə Rusiya prezidenti ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı planlaşdırılmır.
Peskovun açıqlamasında bildirilib ki, döyüş əməliyyatlarının dayandırılması üçün Moskvanın əsas tələblərindən biri Ukrayna Silahlı Qüvvələrinin Donbasın inzibati sərhədlərindən kənara çıxarılmasıdır. Kreml bu şərtin yerinə yetirilməsini münaqişənin həlli baxımından vacib hesab edir.
Eyni zamanda, Peskov Kremlin Donald Trampın Ukraynada sülhün əvvəlki dövrlərlə müqayisədə xeyli yaxınlaşdığı barədə qiymətləndirməsi ilə razılaşdığını da bildirib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ