Onlayn ictimai-siyasi qəzet
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp üzbəüz görüş zamanı sülh planını razılaşdıracaqlar.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ rəsmiləri təsdiq edirlər ki, Ukrayna və Rusiya arasında müharibənin həlli üçün mümkün sülh sazişinin yekun detalları hələ də müzakirə olunur.
Bununla belə, yekunlaşma yalnız iki ölkə liderləri arasında aparılan danışıqlardan sonra mümkün olacaq.
Adının açıqlanmasını istəməyən amerikalı məmur qeyd edib ki, Vaşinqton sənədin əsas bəndlərini yekunlaşdırmağı və Ukrayna üçün ən sərfəli saziş hazırlamağı gözləyir.
“İki prezident görüşmədən heç nə razılaşdırılmayacaq”, – deyə o, Donald Tramp və Volodimir Zelenski barədə danışarkən vurğulayıb.
Musavat.com
11 Iyul 2026
10 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ