İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyədə zəlzələ baş verdi

Türkiyənin cənubunda yerləşən Hatay bölgəsində zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, yerli vaxtla baş verən yeraltı təkanların maqnitudası 4,2 olaraq ölçülüb.

Hadisə ilə bağlı açıqlama yayan AFAD bildirib ki, zəlzələ Hatayın Kırıkhan rayonunda baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların ocağı təxminən 9 kilometrdən bir qədər artıq dərinlikdə yerləşib.

Rəsmi qurumların yaydığı informasiyada dağıntı və ya xəsarət alanların olub-olmaması ilə bağlı hər hansı məlumatın daxil olmadığı qeyd edilib. Hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR