Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında iki gündür məhsuldar danışıqların getdiyinə dair paylaşımı rəsmi Tehran tərəfindən təkzib olunub.
Musavat.com bildirir ki, İran ABŞ ilə birbaşa və ya vasitəçilərlə əlaqə saxlamadığını açıqlayıb.
“Döyüş davam edir... və şeytanın daha bir məğlubiyyəti”.
Bunu isə İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi deyib.
“Tramp və ABŞ bir daha məğlub oldular”, - o bildirib.
Qeyd olunur ki, bu bəyanat Trampın İranın enerji infrastrukturuna və elektrik stansiyalarına hər hansı hərbi zərbələrin 5 günlük müddətə təxirə salınması ilə bağlı göstərişindən sonra verilib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ