İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Lavrov və Əraqçi telefonla danışdı- Önəmli MÜZAKİRƏ

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçi arasında regionda vəziyyəti kökündən dəyişəcək olduqca mühüm telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi press-relizə görə, tərəflər regional təhlükəsizlik və Vaşinqton-Tehran xəttindəki son geosiyasi prosesləri geniş şəkildə müzakirə ediblər.

Telefon danışığı zamanı İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarına İran və ABŞ arasında imzalanması gözlənilən rəsmi anlaşma memorandumunun hazırlanması prosesi, sənədin əsas bəndləri və tərəflərin razılığa gəldiyi son bəyanatların gedişatı barədə ətraflı məlumat verib. Rusiya XİN-in rəsmi bəyanatında bildirilir ki, İran tərəfi sülh sənədinin imzalanmasına hazırlıq işlərinin artıq son mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində atılan bu addımı müsbət qiymətləndirib. Rusiya tərəfi regional gərginliyin azaldılması məqsədilə Pakistan və Qətərin vasitəçiliyi ilə əldə olunmuş bu mühüm anlaşmalara tam dəstək verdiyini bəyan edib. Lavrov həmçinin xüsusi olaraq vurğulayıb ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün silahlı qarşıdurmaya cəlb olunmuş bütün tərəflər, xüsusilə də İsrail dövləti bu razılaşmaların şərtlərinə və beynəlxalq öhdəliklərə mütləq şəkildə riayət etməlidir. Rusiya XİN rəhbəri rəsmi Mosqvanın İrana yönəlmiş bu böhranın tamamilə nizamlanması və gələcək diplomatik səylərin uğurla davam etdirilməsi üçün hər cür köməklik göstərməyə tam hazır olduğunu bir daha bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR