İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Direktor müavinini işdən çıxardı — Kollektiv sevinir…

Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxarılıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.

Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı. 

O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi. İşlədiyi müddət ərzində Söhrab İsmaylov çoxlu sayda intriqalar, xoşa gəlməz əməlləri ilə yadda qalmışdır. Bu baxımdan onun işdən çıxarılması liman kolllektivi tərəfindən sevinclə qarşılanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR