İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 4 il 7 ayda Rumıniyaya 16 milyon ukraynalı qaçqın daxil olub

Sərhəd polisinin məlumatına görə, 10 fevral 2022-ci ildən sonra Rumıniyaya daxil olan ukraynalı qaçqınların sayı 16 milyonu keçib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rəsmi məlumata görə, 10 fevral 2022-ci ildən 24 sentyabr 2026-cı ilə qədər ölkəyə 16.029.242 ukraynalı gəlib. Rumıniya hakimiyyəti bu qeydləri 10 fevral 2022-ci ildən bəri saxlayır və həmin ilin 10 fevralından 24 fevralına qədər olan dövrü "münaqişədən əvvəlki dövr" adlandırır.

Hazırda Rumıniyada təxminən 200.000 ukraynalı qaçqın var. Bu xüsusda dəqiq statistika yoxdur, çünki ölkədə sığınacaq alan bir çox ukraynalı daha sonra Rumıniyanı tranzit ölkə kimi istifadə edərək Qərbi Avropaya gedir.

Avropa mediasında yer alan məlumatlara görə, ukraynalı qaçqınların böyük hissəsi Polşa, Almaniya, İsveç, Niderland, Çexiya, Slovakiya digər ölkələrdə məskunlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR