Onlayn ictimai-siyasi qəzet
Suriyanın Mərkəzi Nəzarət və Təftiş Komissiyası devrilmiş keçmiş prezident Bəşər Əsəd rejiminin sabiq məmurları tərəfindən ölkədən qanunsuz çıxarılan dövlət aktivlərinin geri qaytarılması üçün hüquqi mexanizmlər işləyib hazırlayır.
Musavat.com xəbər verir ki, bu barədə qurumun ictimaiyyətlə əlaqələr üzrə direktoru Hişam əl-Xətib "Asharq News"a açıqlamasında bildirib.
O qeyd edib ki, Suriyanın iştirakı ilə Vyanada keçirilən beynəlxalq forum respublikanın ölkədən çıxarılan vəsaitləri geri qaytarmaq üzrə qanuni hüququnu möhkəmləndirməyə və bu prosesə başlamaq üçün zəruri olan hüquqi prosedurlarla tanış olmağa kömək edib.
Əl-Xətib vurğulayıb ki, Suriya nümayəndə heyəti oxşar vəziyyətlərlə qarşılaşmış ölkələrin təcrübəsini də öyrənib.
Avstriyaya səfər zamanı Suriya nümayəndələri Liviya, Əlcəzair və Malayziya nümayəndə heyətləri ilə görüşüblər, həmçinin Fransa, Böyük Britaniya və İspaniya nümayəndələri ilə hüquqi mexanizmləri müzakirə ediblər. Məhz bu ölkələrdə hazırda Suriya xalqına məxsus maliyyə aktivləri və əmlaklar yerləşir.
Səudiyyə Ərəbistanı da zəruri mexanizmlərin hazırlanmasında Dəməşqə mühüm köməklik göstərir. Bu istiqamətdə iş aparmaq üçün Mərkəzi Komissiyanın strukturunda artıq aktivlərin geri qaytarılması üzrə xüsusi şöbə yaradılıb.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ