Onlayn ictimai-siyasi qəzet
İndoneziyanın Bali adasından Lomboka hərəkət edən "KM Putri Yasmin" sərnişin bərəsində yanğın baş verib. Hadisə avqustun 12-də, çərşənbə günü səhər saatlarında qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Gəmi Padangbay limanından çıxaraq Lembar limanına istiqamət alıb.
Bərənin göyərtəsində 114 sərnişin və 17 ekipaj üzvü olub. Xilasetmə əməliyyatına 200-dən çox fövqəladə hallar əməkdaşı cəlb edilib.
Yanğının baş verdiyi gəmidən sərnişinlərin bir hissəsi şəkildə təxliyə olunub. Yerli KİV-in məlumatına görə, bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir və ciddi xəsarət alan olmayıb.
@@TVmusavat/152788@@
Musavat.com
13 Avqust 2026
12 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ