İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı heyran qoymaq üçün qarış-qarış gəzdilər – Striptiz klublarına da...

“Rockstar Games” GTA VI-nın dünyasını mümkün qədər canlı və real yaratmaq üçün ABŞ-də illərlə genişmiqyaslı araşdırmalar aparıb.

Musavat.com xəbər verir ki, oyundakı Florida ştatından ilhamlanan Leonidanın hazırlanması zamanı tərtibatçılar real məkanları yerində öyrəniblər.

“Rockstar Games”in narrativ üzrə baş vitse-prezidenti Rupert Hamfris bildirib ki, komanda keçmiş polis əməkdaşları ilə birlikdə gecələr müxtəlif məhəllələri gəzib, striptiz və gecə klublarına baş çəkib.

Tərtibatçılar bununla kifayətlənməyiblər. Onlar Florida çimərliklərində vaxt keçirib, Everqleyds bataqlıqlarını və Florida-Kis adalarını araşdırıblar. Məqsəd təkcə ərazilərin görünüşünü deyil, Floridanın sosial və mədəni atmosferini də mümkün qədər dəqiq GTA VI dünyasına köçürmək olub.

Xüsusi diqqət Floridada tamamilə fərqli həyat tərzinə, sosial təbəqələrə və mədəniyyətlərə malik insanların eyni ərazilərdə yanaşı yaşamasına yönəldilib. Məhz bu kəskin kontrast Leonida dünyasının əsas xüsusiyyətlərindən biri olacaq.

GTA VI-da hadisələr Mayamidən ilhamlanan Vice City və onu əhatə edən geniş Leonida ştatında cərəyan edəcək. Oyunun əsas qəhrəmanları Lucia Caminos və Jason Duvaldır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR